Futbol üzrə Almaniya Bundesliqasında 4-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
"Ayntraxt" doğma meydanda "Ştutqart"ı qəbul edib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
Əvvəlki üç oyundan məğlubiyyətlə ayrılmış "Herta" bu turda "Bohum"la qarşılaşıb. Hertalılar nəhayət bu səfər matçından qələbə ilə ayrılmağı bacarıblar.
 
Qələbəyə həsrət digər komanda - Mönhenqladbax "Borussiya"sı isə "Arminiya"nı sınağa çəkib. Mönhenqladbaxlılar da bu oyunda cari mövsümdəki ilk qələbələrini rəsmiləşdiriblər.
 
Almaniya Bundesliqası
4-cü tur
11 sentyabr
 
Bayer – Borussiya (Dortmund) 3:4
Qol: Virts, 9. Şik, 45+1. Dyabi, 55 – Haland, 37; 77-pen. Brandt, 49. Gerrero, 71.
 
Qroyter – Volfsburq 0:2
Qol: Nmeça, 10. Veqorst, 90+1-pen.
 
Union Berlin – Auqsburq 0:0
 
Frayburq – Köln 1:1
Qol: Rafael, 89-öz qapısına – Modeste, 34.
 
Hoffenhaym – Maynts 0:2
Qol: Burkardt, 21. İnqvartsen, 77.
 
Leyptsiq – Bayern 1:4
Qol: Laymer, 58 – Levandovski, 12-pen. Musiala, 47. Sane, 54. Şupo-Motinq, 90+2.
 
12 sentyabr
 
Ayntraxt – Ştutqart 1:1
Qol: Kostiç, 79 – Marmuş, 88.
 
Bohum – Herta 1:3
Qol: Zoller, 59 – S.Serdar, 37; 43. Maolida, 78.
 
Borussiya (Mönhenqladbax) – Arminiya 3:1
Qol: Ştindl, 35; 69. Zakariya, 72 – Okuqava, 45+2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest