"Qarabağ"ın "Bazel"lə ilk oyunu sentyabrın 16-da Bakıda, ikinci qarşılaşması isə dekabrın 9-da səfərdə baş tutacaq

Futbol üzrə İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Luqano" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
"Bazel" 6 turdan sonra 12 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, "Qarabağ"ın "Bazel"lə ilk oyunu sentyabrın 16-da Bakıda, ikinci qarşılaşması isə dekabrın 9-da səfərdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest