"ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir". Matc.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.
 
Bu vəzifəyə yeni təyin olunan Fərid Qayıbov "Facebook" səhifəsi vasitəsilə idmanda uğur qazanacaqlarına inandığını bildirib:
 
"Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm".
 
Qeyd edək ki, Fərid Qayıbov sentyabrın 7-də gənclər və idman naziri təyin edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest