Futbol üzrə Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Mariupol"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:3.
 
Nuriyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Kolos" 7 turdan sonra 5 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest