"Sabah" Premyer Liqada 40-cı məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, Bakı klubu III turun "Qəbələ" ilə ev oyununda uduzub – 0:2. Paytaxt təmsilçisi 2018/19 mövsümündən çıxış etdiyi Premyer Liqadakı 79-cu matçında 40-cı dəfə uduzub. Bakılıların hesabında 19 qələbə və 20 heç-heçə də var. Məğlubiyyətlərdən 21-i ev, 19-u səfər görüşündə qeydə alınıb.
 
Qeyd edək ki, cari mövsümün hər üç matçında uduzan "Sabah" ilk məğlubiyyətini 2018-ci il avqustun 19-da evdə "Sumqayıt"dan alıb – 1:4.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest