"Komanda yoldaşlarımı qələbə münasibəti ilə təbrik edirəm". Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu İbrahima Vadji özünün İnstaqram hesabında paylaşıb. 26 yaşlı seneqallı hücumçu daha sonra qeyd edib ki, "artıq növbəti oyuna köklənməliyik".
 
Qeyd edək ki, Vadji dünən komandasının "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldiyi Premyer Liqanın 4-cü turunun matçında hər iki qolun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest