"Liverpul"un baş məşqçisi Yurgen Klopp Kriştiano Ronaldonun "Mançester Yunayted"ə keçidi haqda danışıb. Matc.az xəbər verir ki, alman mütəxəssis, portuqaliyalı hücumçunun İngiltərəyə qayıtmasına sevinmədiyini deyib:
 
"Ronaldo yaxşı futbolçudur? Bəli, təəssüf ki, elədir. Onun "Yuventus"dan ayrılacağını eşidəndə çox təəccüblənmişdim. Bu haqda bir fikrim yoxdur. Turində nə yaşandığını bilmirəm.
 
Ronaldonun "Mançester Yunayted"ə qayıtmasına sevindim? Xeyr, sevindiyimi deyə bilmərəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest