çempionlar Liqasının pley-off mərhələsinin oyunları üçün yeni top təqdim olunub. Matç.az xəbər verir ki, bunu "Adidas" şirkəti Avropanın ən nüfuzlu klub turnirinin həlledici qarşılaşmaları üçün hazırlayıb.

Yeni top ağ, qırmızı və sarı rənglərdən ibarətdi. Pley-off fevralın 12-də baş tutacaq 1/8 finalın ilk iki görüşü ilə start götürəcək. Həmin gün MY – PSJ və "Roma" – "Porto" görüşləri keçiriləcək.

Qeyd edək ki, turnirin final oyunu Madriddə "Vanda Metropolitano"da oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest