Ekşteyn "Sabah" və "Səbail"də çıxış edib. O, ötən mövsümün sonunda "Səbail"dən ayrılaraq Cənubi Afrika Respublikası təmsilçisi "Amazulu"da forma geyinir.

"Azərbaycanın iki fərqli klubunda oynadım vər hər birində mənə olan davranışdan məmnun qaldım". Matc.az xəbər verir ki, bu sözləri "Sabah"ın sabiq futbolçusu Hendrik Ekşteyn deyib. Afrika mətbuatına açıqlama verən 30 yaşlı yarımmüdafiəçi, Azərbaycanın karyerasının zirvəsi olduğunu deyib:
 
"Orda bir neçə kiçik problem yaşamağıma baxmayaraq, Azərbaycana getmək qərarından peşman deyiləm. "Səbail"də olarkən "çelsi"nin keçmiş futbolçusu Maykl Essyenlə çiyin-çiyinə çıxış etdim. Azərbaycan karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. ümumiyyətlə, Azərbaycanda mənə sevgi göstərildi".
 
Ekşteyn "Sabah" və "Səbail"də çıxış edib. O, ötən mövsümün sonunda "Səbail"dən ayrılaraq Cənubi Afrika Respublikası təmsilçisi "Amazulu"da forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest