Sayt "Qarabağ"ın start heyətində "Neftçi"nin oyunçuları Aqil Məmmədov, Yusuf Laval, Voyislav Stankoviç, Mamadu Mbodj, Mərt Çelik, İsmayıl Zülfüqarlı, Mamadu Kane, Emin Mahmudov, Romen Bask, Famil Camalov və Sabir Buqrini göstərib.

İsveçrənin "bazonline.ch" saytı bu gün keçiriləcək "Qarabağ" – "Bazel" (İsveçrə) matçının təxmini heyətini açıqlayıb. Matc.az xəbər verir ki, isveçrəlilər məlumatda, "Qarabağ"la "Neftçi" klubunu səhv salıblar. Belə ki, saytda Ağdam təmsilçisinin heyətində "Neftçi"nin futbolçuları göstərilib.
 
Sayt "Qarabağ"ın start heyətində "Neftçi"nin oyunçuları Aqil Məmmədov, Yusuf Laval, Voyislav Stankoviç, Mamadu Mbodj, Mərt çelik, İsmayıl Zülfüqarlı, Mamadu Kane, Emin Mahmudov, Romen Bask, Famil Camalov və Sabir Buqrini göstərib. Bu oyunçular sentyabrın 12-də, "ağ-qaralar"ın "Qarabağ"la oyununun (1:2) start heyətində yer alıblar.
 
Bu gün keçiriləcək "Qarabağ" – "Bazel" oyununa saat 20:45-də start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest