"İkinci hissədə yalnız müdafiə olunduğumuzu hiss edirdik. Ona görə də bu məqamdan razı qala bilərik"

"Bazel"in qapıçısı Haynts Lindner Avropa Konfrans Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la oyunu haqda qısa açıqlama verib. Matc.az xəbər verir ki, klubun saytına danışan  qolkiper 0:0 hesabı ilə yekunlaşan oyunun nəticəsindən razı qaldığını bildirib: "İkinci hissədə yalnız müdafiə olunduğumuzu hiss edirdik. Ona görə də bu məqamdan razı qala bilərik".

Klubun saytında həmçinin burğulanır ki, "Bazel" bu oyunda 2 xal itirmədi, 1 xal qazandı: "Bazel" heç-heçə sayəsində 1 xal qazandı. "Qarabağ" güclü rəqibdi və "Bazel" müdafiəsinə meydan oxudu".  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest