Qarşılaşmada hesabı meydan sahibləri erkən qolla açıb. 3-cü dəqiqədə İsaksen fərqlənib. Qonaq komanda fasiləyədək Despodovun 32-ci dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.

FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Danimarkada yerli  "Midtüllan" və Bolqarıstanın "Lüdoqorets" klubları arasındakı oyunu idarə edib. Matc.az xəbər verir ki, Herninq şəhərində baş tutan görüşdə Ağayevin köməkçiləri Zeynal Zeynalovla Akif Əmrəli olub.

Qarşılaşmada hesabı meydan sahibləri erkən qolla açıb. 3-cü dəqiqədə İsaksen fərqlənib. Qonaq komanda fasiləyədək Despodovun 32-ci dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.

Ağayev oyun ərzində Bolqarıstan təmsilçisinin 3, danimarlılardan isə 1 futbolçuya sarı vərəqə göstərib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest