Qadınlardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. Matc.az xəbər verir ki, komandamız Moskva şəhərindəki "Sport Qorodok" stadionunda Bakı vaxtı ilə saat 20:00-da Rusiya millisi ilə qarşılaşacaq.
 
Oyunu Latviyadan olan hakimlər briqadası hakimlər idarə edəcək:
 
Baş hakim: Viola Raudzina
Baş hakimin köməkçiləri: Liga Didrike, Diana Vanaga
Dördüncü hakim: Yelena Yermolayeva

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest