"Öz səviyyəsində çıxış edən Borutsu tərifləməliyəm. Üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardılar. Mahir Emreli maraqlı hücumçudur. Filip Mladenoviç də çox yaxşı idi"

Rusiya millisinin və Polşanın "Legiya" klubunun sabiq baş məşqçisi Stanislav çerçesov Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini fərqləndirib. Matc.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Moskva "Spartak"ının evdə Varşava təmsilçisinə 0:1 hesabı ilə uduzduğu Avropa Liqasının qrup mərhələsinin 1-ci tur oyunu ilə bağlı müsahibəsində fikirlərini bölüşüb.
 
çerçesov öncə "Legiya"nın qapıçısı Artur Boruts haqqında danışıb: "öz səviyyəsində çıxış edən Borutsu tərifləməliyəm. üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardılar. Mahir Emreli maraqlı hücumçudur. Filip Mladenoviç də çox yaxşı idi".
 
Qeyd edək ki, "Legiya" hazırda 3 xalla C qrunda liderdir. İngiltərənin "Lester Siti" və İtaliyanın "Napoli" komandalarının hərəyə bir xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest