"Qarabağ" UEFA Konfrans Liqasında "Bazel"lə matç üçün keçirilən mətbuat konfransları zamanı qoyulan reklam löhvələrindən "Bwin" mərc şirkətinin reklamlarını çıxartdırıb. Matc.az xəbər verir ki,  Ağdam klubu bunu adıçəkilən şirkətin fəaliyyətinin Azərbaycanda qadağan olunması ilə əlaqələndirib.
 
Klub UEFA-ya bildirib ki, "Bwin" ölkəmizdə qeyri-qanuni mərc şirkəti hesab olunduğu üçün adı löhvədən çıxarılmalıdır.
 
UEFA da "Qarabağ"ın bu istəyini yerinə yetirib.
 
Qitə futbol qurumunun qaydalarına görə ölkələrin daxili qanunlarına hörmət göstərilməlidir (qafqazinfo).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest