"Neftçi" UEFA Çempionlar Liqasındakı çıxışına görə 1 210 000 avro, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlindəki mövqeyinə görə də 934 500 avro əldə edib.

Cari mövsüm avrokuboklarda iştirak edən "Neftçi" və "Qarabağ" klublarına UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəçiliyi ilə qeyd olunan klubların hesabına köçürülüb.
 
"Neftçi" UEFA çempionlar Liqasındakı çıxışına görə 1 210 000 avro, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlindəki mövqeyinə görə də 934 500 avro əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest