Bakıda İsveçrə "Bazel"inə qarşı Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib

Bakıda İsveçrə "Bazel"inə qarşı Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ön çarpaz bağlarından xəsarət alıb.

31 yaşlı oyunçu əməliyyat olunacaq  və ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacaq.
 
Romero oyunun 45-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnib və fasilədə Marko Veşoviçlə əvəzlənib.
 
Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qolsuz başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest