İspaniyanın "Barselona" klubunun 2020/21 mövsümü üçün maliyyə hesabatı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin 481 milyon avro zərərə uğradığı bildirilib.
 
"Barselona"da oktyabrın 6-dan etibarən maliyyə problemlərinə səbəb olan şəxslərin tapılması üçün bütün işçilərin yoxlanılmasına başlanacaq. Rəhbərlik 2021/22 mövsümündə bu çətinliklərlə üzləşməmək məqsədi ilə klubda ciddi dəyişikliklər etmək niyyətindədir.
 
"Barselona" La Liqanın turnir cədvəlində 7 xalla 7-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest