Bu matç "Qəbələ"nin Antalyada ikinci sınağı olub. Təmsilçimiz ilk oyununda Almaniyanın "Meppen" klubu ilə görüşüb.

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib. Matç.az xəbər verir ki, "qırmızı-qaralar" Rusiyanın "Yenisey" klubu ilə qarşılaşıb.

Matç "Cornelia Diamond" otelinin meydançasında baş tutub. Start fiti Bakı vaxtı ilə saat 18:00-da verilən görüşdə qalib müəyyənləşməyib. 

"Qırmızı-qaralar" oyunda iki dəfə hesabda önə keçsə də, hər iki halda üstünlüyünü qoruya bilməyib.

Bu matç "Qəbələ"nin Antalyada ikinci sınağı olub. Təmsilçimiz ilk oyununda Almaniyanın "Meppen" klubu ilə görüşüb. Qarşılaşma "qırmızı-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yoxlama oyunu

20 yanvar

"Qəbələ" – "Yenisey" (Rusiya) - 2:2

Qollar: Rauf Əliyev, 52, Sabien Lilay, 73 (pen.)

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 23. Amin Seydiyev, 34. ürfan Abbasov, 4. Elvin Camalov, 14. Cavid Hüseynov, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 10. Rauf Əliyev, 99.Davit Valkovi

"Cornelia Diamond" otelinin meydançası

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest