"Milan"ın hücumçusu Zlatan İbrahimoviç A Seriyasının 4-cü turunun "Yuventus"la səfər oyununu buraxa bilər. Matc.az xəbər verir ki, bu barədə isveçli futbolçu İtaliya mətbuatına açıqlamasında deyib. O, "axil vətəri"ndə problem olduğunu deyib:
 
"Turində oynayacam? Bilmirəm, heç kimə sirr deyil ki, "axil vətəri"mdə problem var. Oynamaq istəyirəm, ancaq supermen deyiləm. çox çalışıram və səbrli olmağı sevirəm".
 
Sentyabrın 19-da keçiriləcək "Yuventus" – "Milan" matçına saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest