Braziliya milli komandasının keçmiş futbolçusu Pelenin səhhəti yenidən pisləşib. Matc.az "RMC Sport" telekanalına istinadən xəbər verir ki, sabiq hücumçu müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.
 
80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest