UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində "Qəbələ" ilə Niderlandın "Alkmaar" komandası arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın baş hakimi ukraynalı Viktor Kopliyevski təyin olunub.
 
Ona yan xətt hakimləri Vitali Skoblya və Vladimir Korotin kömək edəcək. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
 
Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda baş tutacaq bu qarşılaşmaya saat 17:00-da start veriləcək. Cavab görüşü isə oktyabrın 19-da "Alkmaar Təlim-Məşq Mərkəzi"ndə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest