Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
ötən tur ilk qələbəsini qazanan "Arsenal"ın budəfəki rəqibi "Bernli" olub. "Topçular" bu oyunda 3 xalı tək qolla qazanıblar.
 
"Liverpul" "Kristal Pelas"ı darmadağınla yola salıb. "Mançester Siti" isə "Sauthempton"la ev oyunundan xal itkisi ilə ayrılıb. 
 
"Everton" "Aston Villa" ilə səfər matçında cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb. "Vulverhempton" da evdə "Brentford"a uduzub.
 
İngiltərə Premyer Liqası
5-ci tur
17 sentyabr
 
Nyukasl – Lids 1:1
Qol: S.Maksimin, 44 – Rafinya, 13.
 
18 sentyabr
 
Vulverhempton – Brentford 0:2
Qol: Touni, 28-pen. Mbeumo, 34.
 
Bernli – Arsenal 0:1
Qol: Odeqard, 30.
 
Liverpul – Kristal Pelas 3:0
Qol: Mane, 43. Salah, 78. N.Keyta, 89.
 
Mançester Siti – Sauthempton 0:0
 
Norviç Siti – Uotford 1:3
Qol: Pukki, 35 – Dennis, 17. Sarr, 63; 80.
 
Aston Villa – Everton 3:0
Qol: Kaş, 66. Din, 69-öz qapısına. Beyli, 75.
 
19 sentyabr
 
17:00 Brayton – Lester
17:00 Vest Hem – Mançester Yunayted
19:30 Tottenhem – çelsi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest