Futbol üzrə Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
 
Son çempion "Bayern" doğma meydanda "Bohum"la qarşılaşıb. Münhen təmsilçisi bu oyunda 7 cavabsız qola sevinib.
 
Mönhenqladbax "Borussiya"sı səfərdə "Auqsburq"a minimal hesabla məğlub olub.
 
"Leyptsiq" səfərdə "Köln"ü sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib. "Arminiya" – "Hoffenhaym" və "Maynts" – "Frayburq" görüşlərində isə ümumiyyətlə qapılara qol vurulmayıb.
 
Almaniya Bundesliqası
5-ci tur
17 sentyabr
 
Herta – Qroyter 2:1
Qol: Ekkelenkamp, 61. Bauer, 79-öz qapısına – Hrqota, 57-pen.
 
18 sentyabr
 
Arminiya – Hoffenhaym 0:0
 
Auqsburq – Borussiya (Mönhenqladbax) 1:0
Qol: Nyederlexner, 80.
 
Bayern – Bohum 7:0
Qol: Sane, 17. Kimmix, 27; 65. Qnabri, 32. Lampropulos, 43-öz qapısına. Levandovski, 61. Şupo-Motinq, 79.
 
Maynts – Frayburq 0:0
 
Köln – Leyptsiq 1:1
Qol: Modeste, 53 – Haydara, 71.
 
19 sentyabr
 
17:30. Ştutqart – Bayer
19:30. Borussiya (Dortmund) – Union Berlin
21:30. Volfsburq – Ayntraxt

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest