Futbol üzrə Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
"Bayer" səfərdə "Ştutqart" üzərində inamlı qələbəyə sevinib. Dortmund "Borussiya"sı evdə "Union Berlin"dən güclü olduğunu 4 qolla isbatlayıb.
 
Lider "Volfsburq" bu turda "Ayntraxt"ın müqavimətini qırmağa çalışıb. Lakin sözügedən komanda bu oyunda cari mövsümdəki ilk xal itkisinə üzülüb. Beləcə, eyni xala malik "Bayern" zirvəni ələ keçirib və "Volfsburq" ikinci sıraya yuvarlanıb.
 
Almaniya Bundesliqası
5-ci tur
17 sentyabr
 
Herta – Qroyter 2:1
Qol: Ekkelenkamp, 61. Bauer, 79-öz qapısına – Hrqota, 57-pen.
 
18 sentyabr
 
Arminiya – Hoffenhaym 0:0
 
Auqsburq – Borussiya (Mönhenqladbax) 1:0
Qol: Nyederlexner, 80.
 
Bayern – Bohum 7:0
Qol: Sane, 17. Kimmix, 27; 65. Qnabri, 32. Lampropulos, 43-öz qapısına. Levandovski, 61. Şupo-Motinq, 79.
 
Maynts – Frayburq 0:0
 
Köln – Leyptsiq 1:1
Qol: Modeste, 53 – Haydara, 71.
 
19 sentyabr
 
Ştutqart – Bayer 1:3
Qol: Manqala, 38 – Andrix, 2. Şik, 19. Virts, 70.
 
Borussiya (Dortmund) – Union Berlin 4:2
Qol: Gerreyro, 10. Haland, 24; 83. Fridrix, 52-öz qapısına – Kruse, 57-pen. Voqlzammer, 81.
 
Volfsburq – Ayntraxt 1:1
Qol: Veqorst, 70 – Lammers, 38.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest