Futbol üzrə İspaniya La Liqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı "Betis" – "Espanyol" matçında qalib müəyyənləşməyib.
 
"Malyorka" – "Vilyarreal" və "Real Sosyedad" – "Sevilya" matçlarında ümumiyyətlə qapılara qol vurulmayıb. 
 
Turun mərkəzi görüşündə lider "Real" ən yaxın izləyicisi "Valensiya" ilə qarşılaşıb. Madrid təmsilçisi səfərdə vurduğu son dəqiqə qolları ilə əzmkar qələbəyə sevinib.
 
İspaniya La Liqası
5-ci tur
17 sentyabr
 
Selta – Kadis 1:2
Qol: Mina, 65 – Lozano, 38. Espino, 43.
 
18 sentyabr
 
Rayo Valyekano – Xetafe 3:0
Qol: Trexo, 9-pen. Siss, 78. Falkao, 81.
 
Atletiko – Atletik 0:0
 
Elçe – Levante 1:1
Qol: L.Peres, 33 – Morales, 55.
 
Alaves – Osasuna 0:2
Qol: D.Qarsiya, 22. R.Torres, 29-pen.
 
19 sentyabr
 
Malyorka – Vilyarreal 0:0
 
Real Sosyedad – Sevilya 0:0
 
Betis – Espanyol 2:2
Qol: V.Xose, 41. Fekir, 45+4 – Vidal, 16. Kabrera, 90+7.
 
Valensiya – Real 1:2
Qol: Duro, 66 – Vinisius, 86. Benzema, 88.
 
20 sentyabr
 
23:00 Barselona – Qranada

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest