Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Liqa 1-in 6-cı turunun "Lion"la matçında (2:1) Lionel Messini əvəzləməsinin səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis, həmyerlisini zədədən qorumaq üçün belə addım atdığını deyib:
 
"Messinin zədələnməsindən narahat idim. Qarşıda vacib oyunlar var və onu qorumalıyıq".
 
"Lion"la matçın 76-cı dəqiqəsində Əşrəf Hakimi ilə əvəzlənən Messi oyundan çıxanda Poçettinonun əlini sıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest