Futbol üzrə Kipr çempionatında 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi "Etnikos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Anortosis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Araz da bu görüşün iştirakçısı olub. O, sabiq komandası ilə oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Keçirdiyi bütün oyunlardan məğlubiyyətlə ayrılan "Etnikos" 3 turdan sonra xalsızdır və 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Araz Abdullayev 2017/18 mövsümündə məhz "Anortosis"də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest