"Yuventus"un futbolçuları Voyçex Şensnı ilə Andrien Rabyot arasında gərginlik yaşanıb. Matc.az xəbər verir ki, onlar A Seriyasının 4-cü turu çərçivəsində "Milan"a qarşı keçirilən oyundan (1:1) sonra mübahisə ediblər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Qapıçı Şensnı "Milan"lı Ante Rebiçin vurduğu qolda Rabyonun səhvinin olduğunu deyib, onu günahkar çıxarıb. Fransalı yarımmüdafiəçi isə səhvin qapıçıda olduğunu bildirib. Futbolçular paltardəyişmə otağında bir-birinə yüksək səslə cavab veriblər. Tərəflər sakitləşdirilsə də, onlar arasında gərginlik hələ davam edir.
 
"Yuventus" bu mövsüm A Seriyasında ilk 4 turdan sonra qələbə qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest