"Mən özüm də fotoşopda işləyə bilirəm. Fotoşopda elə sənəd düzəldərəm ki, sabah yanında Böyük Britaniya kraliçası da yazıla bilər"

"çox gülməli şeydi". Bunu matc.az saytına müsahibəsində "Neftçi" klubunun prezidenti Kamran Quliyev deyib.

Bir müddət öncə "Neftçi" rəhbərinin futbolçu kimi qeydiyyatdan keçməsi barədə xəbərlər yayılmışdı. Bununla bağlı danışan Quliyev bildirib ki, heç vaxt qeyri-qanunu əmək fəaliyyəti olmayıb: "1997-ci ildən adıma əmək kitabçası açılıb. çoxları həmin vaxt heç anadan olmamışdı. O vaxtdan bəri heç yerdə qeyri-rəsmi işləməmişəm. Hətta öz biznesim olanda da direktor kimi qeydiyyatda idim. Şükürlər olsun, bu günə kimi iddia qaldıran dövlət orqanı olmayıb. Mən özüm də fotoşopda işləyə bilirəm. Fotoşopda elə sənəd düzəldərəm ki, sabah yanında Böyük Britaniya  kraliçası da yazıla bilər. Bu, sadəcə mənə atmaca idi".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest