Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb. Matc.az xəbər verir ki, jurnalistin vəziyyəti ağır-stabil olaraq qalır.

Şərhçinin qardaşı Rəşad Şükürov Elnurun Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulu vəziyyətdə olduğunu bildirib: "Klinika ilə bu gün əlaqə saxlamışam. Həkimlər birdirib ki, saturasiyası 90 üzərindədir. Hələlik aparata qoşulu vəziyyətdədir. Əlavə olaraq, onun böyrək problemi olduğu üçün paralel müalicələr aparılır".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb. Fanat.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest