Qadın futbolçular arasında keçirilən dünya çempionatının seçmə mərhələsinin Almaniya – Serbiya matçında xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində ingiltərəli yan xətt hakimi Elen Edvards huşunu itirib. O, həkimlərim ilkin müdaxiləsindən sonra özünə gəlsə də, işinə davam edə bilməyib.
 
Xəstənaya çatdırılan Elenin vəziyyəti sabitdir.
 
Almaniya – Serbiya matçı 5:1 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest