29 yaşlı vinger bu gün "Keşlə-2"nin heyətində "Sabah-2"yə qarşı Birinci Divizionun 2-ci tur matçında meydana çıxacaq.

"Keşlə" sabiq yarımmüdafiəçisi Sadio Tounkaranı geri qaytarıb. Matc.az xəbər verir ki, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
 
29 yaşlı vinger bu gün "Keşlə-2"nin heyətində "Sabah-2"yə qarşı Birinci Divizionun 2-ci tur matçında meydana çıxacaq.
 
Qeyd edək ki, "Keşlə" ötən mövsümün sonunda Sadio Tounkara ilə yollarını ayırmışdı. Afrikalı futbolçu Azərbaycanda daha əvvəl "Xəzər Lənkəran", "Turan Tovuz" və "Zirə"nin də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest