Avstriyanın "Viktoriya Berqents" klubunda çıxış edən Rəşid Arsanukaev 48 oyunluq diskvalifikasiya olunub. Matc.az xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb. Rusiyalı futbolçu sentyabrın 11-də keçirilən "Viktoriya Berqents" – "Qefis-Zattayns" matçında ikinci "sarı"nı aldıqdan sonra qəzəblənib və başıyla rəqibinin burnunu sındırıb. Rəşid bu hərəkətinə görə 48 oyunluq cəza alıb.
 
Rusiyalı futbolçu Avstriya klubundan qovulub.
 
"Viktoriya Berqents" Avstriyanın 9-cu liqasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest