İsveçrənin "Bazel" klubunun prezidenti David Degen Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının oyununda komandasının çıxışından narazı qalıb. Matc.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.
 
Klub rəsmisi matçdan sonra futbolçuları bir araya toplayaraq, onlarla ciddi söhbət edib. Degen komandanın sərgilədiyi oyunu bəyənməyib və futbolçularla əsəbi halda danışıb.
 
"Qarabağ" – "Bazel" matçı 0:0 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest