Konfrans Liqasının 1-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşılar sırasında "Bazel"lə heç-heçə edən "Qarabağ"ın futbolçuları da yer alıb.
 
Abbas Hüseynovla Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. Onlar hərəyə 5 dəfə qapı önünə dəqiq ötürmə edib.  Hər iki futbolçu Konfrans Liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.
 
"Qarabağ"ın kapitanı Maksim Medvedev topalmada turnirin ən yaxşısıdır. O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.
 
Qeyd edək ki, matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest