Futbol üzrə Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin komandası "Legiya" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Suvalki" ilə qarşılaşıb. Varşava təmsilçisi aşağı liqa klubu ilə oyunda 3:1 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksəlib.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da 80-ci dəqiqədə məhz Emreli vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest