Ailə vəziyyəti ilə əlaqədar vətənində olan Harramiz Suaresdən başqa bütün futbolçular hazırlıq prosesində iştirak ediblər. O, qarşıdakı günlərdə komandanın düşərgəsinə qoşulacaq. Məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

“Neftçi” Premyer Liqanın 5-ci turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, bir günlük fasilədən sonra sentyabrın 22-də hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
 
Ailə vəziyyəti ilə əlaqədar vətənində olan Harramiz Suaresdən başqa bütün futbolçular hazırlıq prosesində iştirak ediblər. O, qarşıdakı günlərdə komandanın düşərgəsinə qoşulacaq. Məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
 
Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu sentyabrın 26-da saat 17:00-da “Bank Respublika Arena”da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest