"Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın 6-cı turunda "Kadis"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
 
"Oyunun sonunda qovulmağım? Bu ölkədə səni boş yerə meydandan qovurlar. Hakimdən sakitcə bunun səbəbini soruşdum, cavab vermədi.
 
Hər dəfə deyirəm ki, qələbə qazanmalıyıq. Titul qazanmağa çalışacağıq. Ancaq itirdiyimiz oyunçular var. Buna baxmayaraq, meydanda xarakter göstərdik. çox çalışdıq, amma qələbə qazana bilmədik. Bir neçə fürsətdən yararlana bilmədik. Təzyiq altındayıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest