"Sabah" heyətini yeni futbolçu ilə gücləndirə bilər. Matc.az xəbər verir ki, paytaxt klubu baxışa braziliyalı oyumçu çağırıb. Söhbət 22 yaşlı mərkəz müdafiəçisi Hiqor Qabrieldən gedir. O artıq komandanın düşərgəsindədi. Məşqçilər heyəti yaxın günlərdə futbolçu ilə bağlı yekun qərarı verəcək.
 
Hiqor Qabriel son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib. O, bir neçə gün öncə bu komandadan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest