Fransa Liqa 1-də sentyabr ayının ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Kilian Mbappedir.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mbappe 5-ci dəfə Fransada ayın oyunçusu seçilib.
 
21 yaşlı hücumçu bu göstəricidə isveçli futbolçu Zlatan İbrahimoviçin rekorduna şərik olub. Hazırda "Milan"da çıxış edən İbrahimoviç PSJ ilə Fransada 5 dəfə ayın oyunçusu mükafatını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest