Elvin Azərbaycanda "Sumqayıt" və "Qəbələ" klublarında çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib.

Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "JKS Yaroslav" klubuna keçib.
 
Bu barədə Polşa mətbuatı məlumat yayıb. Dəmirovun 4-cü liqa təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
 
Elvin Azərbaycanda "Sumqayıt" və "Qəbələ" klublarında çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest