"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan "Kayrat" klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
 
Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevin koronavirus testi müsbət çıxıb.
 
"Kayrat" H qrupunda "Qarabağ", "Omoniya" (Kipr) və "Bazel"lə (İsveçrə) mübarizə aparır. Almatı təmsilçisi qrupun ilk oyununda evdə Kiprin "Omoniya" komandası ilə bərabərə qalıb – 0:0.
 
"Qarabağ" qrupdakı ilk matçında "Bazel"lə 0:0 hesablı heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest