Futbol üzrə çexiya 2-ci divizionunda 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda Praqa "Dukla"sı ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqəsində meydana buraxılıb.
 
"Viktoriya" 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest