Futbol üzrə Kipr çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi "Etnikos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Doxa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Araz da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib.
 
Keçirdiyi əvvəlki oyunlardan məğlubiyyətlə ayrılan "Etnikos" hazırda 1 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest