Futbol üzrə Kipr çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Omoniya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Pafos"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
"Omoniya" 4 turdan sonra 4 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
 
"Qarabağ"ın "Omoniya" ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest