Təcrübəli mütəxəssis Koulmanın məşqdə zədələndiyini söyləyib. Benites İrlandiya yığmasının kapitanının beynəlxalq matçlar üçün milli komandanın düşərgəsinə yollana bilməyəcəyini sözlərinə əlavə edib.

İrlandiya millisinin futbolçusu Şeymus Koulman Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyununu buraxacaq. Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçinin çıxış etdiyi İngiltərənin "Everton" klubunun baş məşqçisi Rafael Benites bildirib.
 
Təcrübəli mütəxəssis Koulmanın məşqdə zədələndiyini söyləyib. Benites İrlandiya yığmasının kapitanının beynəlxalq matçlar üçün milli komandanın düşərgəsinə yollana bilməyəcəyini sözlərinə əlavə edib.
 
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest