"Pafos"la oyunda hesabda geridən gəlib heç-heçə etdiyimiz üçün şadıq. Amma bir az da artırmalıyıq". Matc.az xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Henninq Berq Kipr çempionatının IV turunda "Pafos"la keçirilən oyundan (1:1) sonra deyib.
 
Norveçli mütəxəssis Konfrans Liqasının II turunda "Qarabağ"la keçiriləcək matça da münasibət bildirib. Berq hücumda daha effektli olmağın vacibliyini vurğulayıb: "Qarşılaşmanın nəticəsinin "Qarabağ"la oyun öncəsi bizə mənfi təsir edəcəyinə inanmıram. İndi bu barədə düşünmürük. O ki qaldı "Qarabağ"a, biz Azərbaycan klubuna qarşı matça hazırlıq dönəmində "Pafos"la görüşdə yaşanan heç nəyə fikir verməyəcəyik. Müdafiədə yaxşıyıq, hücumda daha kəsərli oynamalıyıq. "Qarabağ"la matçı səbirsizliklə gözləyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest