Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda Kiprdə "Omoniya"nın qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
 
O, sentyabrın 28-də saat 18:00-da çarter reysi ilə Kiprə yollanacaqlarını söyləyib: "Növbəti gün yerli vaxt 19:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. 19:30-da isə komandanın açıq məşqçi nəzərdə tutulub".
 
Abbaszadənin sözlərinə görə, zədələrini sağaldaraq məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin Nikosiyadakı görüşdə iştirakı gözlənilmir.
 
"Köhlən atlar"ın ispaniyalı legioneri Xayme Romero əməliyyat olunduğu üçün ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.  
 
Qeyd edək ki, sentyabrın 30-da GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest