Sabah - sentyabrın 28-də Bakı İdman Sarayında futzal üzrə Birinci və İkinci Liqaların püşkü atılacaq. Matc.az xəbər verir ki, saat 12:00-da Birinci, 12:30-da isə İkinci Liqa iştirakçıları rəqibləri ilə tanış olacaq.
 
Qeyd edək ki, Birinci Liqada "Şuşa" MFK, "Zəngilan", ADBTİA, "Standard", "Forza Neftçi", "Metropoliten", "Dəstə Ordubad", "Arenda.az", "Star Karqo", "Ulduz", "Qarabağ Füzuli", PASO FK, "Yasamal" İSK, "Baku Fire-2", İkinci Liqada isə "Tim Sport", "Baker Tilly", "Advokat", "Atletiko Baku", "Borçalı", "Rəvan", "Dalğa", "Zülfüqar", "Bibi-Heybət", "Baku Fire-3", "Star Karqo-2", "Azərsu", "Xan Lənkəran", İSMA M.A Baku komandaları iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest